Ailə ilə hər şey mümkündür

“Oykos" (yunan dilində "οἶκος") sözünün mənası "ev," "ocaq," "ailə" və ya "məkan" kimi tərcümə olunur. "Oykos" sadəcə bir fiziki məkan deyil, daha çox mənəvi bir istiliyi, dəstək hissini və birlikdəlik duyğusunu ifadə edir. Bu anlayış həm ailə münasibətlərini, həm də bir insanın aid olduğu və özünü rahat hiss etdiyi yeri simvolizə edir. “Oykos”un əsl mahiyyəti müraciət edən şəxslərin və ailələrinin özlərini rahat, təhlükəsiz və dəstəklənmiş hiss etməsidir. “Oykos”da ailənin hər üzvü öz yerini və funksiyasını tapır, biri digərinə dəstək olur və həyatın çətinlikləri ilə üzləşərkən bir-birini dəstəkləyirlər.

Yeganə və təkrarolunmaz

Oykos İnkişaf Mərkəzi –ilk dəfə differensial diaqnostika proqramı və korreksiya metodlarını peşəkar komandası ilə ölkəmizdə tətbiq edin yeganə inkişaf mərkəzidir.

Keçmişdən gələcəyə

Oykos inkişaf mərkəzi 2018-ci ildən etibarən Şəhla Əliyevanın təşəbbüsü və təsisçiliyi ilə fəliyyət göstərir.2018-ci il 14 dekabrdan Buzovna filialı,2024-cü il 18 fevraldan İnqilab filialı sizin xidmətinizdədir.Son illərdə Oykos inkişaf mərkəzinin sahəsi fəal şəkildə genişlənir: Buzovna filialı 2018-2024-cü il 70 m² sahəni 2024-cü il oktyabr ayından etibarən yenilənmiş ünvanda isə 400 m²sahəni əhatə edir. İnqilab filialı isə 200 m² sahəni əhatə edir